Halland qazaxları darmadağın etdi

UEFA Millətlər Liqası B qrupunda Norveç doğma meydanda Qazaxıstanı qəbul edib. Oyun meydan sahiblərinin 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.

turaninsesi.az”  xarici mediaya istinadən xəbər verir ki, “vikinqlərin” heyətində ulduz forvard Erlinq Halland xet-triklə yadda qalıb. Gənc superstar bununla milli kariyerasında çıxdığı 38 oyunda 35-ci qolunu vurub. Norveçlilərin digər qollar Sörlot və Nusadan gəlib. 

Bu nəticə ilə Norveç millisi xallarının sayını 13-ə yüksəldib və A qrupuna vəsiqə qazanıb. Qazaxıstan isə 1 xalda qalıb.