“Hakken” – “Qarabağ” oyununu avstriyalı hakim idarə edəcək

İsveçdə yerli “Hakken” və “Qarabağ” komandaları arasında reallaşacaq UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununun təyinatları açıqlanıb.
“Turanın səsi ” in məlumatına görə, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Sebastian Qishamerə Roland Ridl və Santino Şreyner laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Stefan Ebner yerinə yetirəcək.
VAR-da Kristian Petru Cioçirca , AVAR-da isə Aleksandr Harkam olacaq.
Qeyd edək ki, oktyabrın 5-də Höteborqda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.