Hakim səhvinə görə cəzalandırıldı

UEFA polşalı hakim Şimon Martsinyak Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Bavariya ” cavab matçında yol verdiyi səhvə görə cəzalandırıb.

Turanın səsi ” “Daily Mail”ə istinadla xəbər verir ki, məlum ilk oyun 2:2 hesabı ilə yekunlaşıb. Cavab görüşünün 68-ci dəqiqəsində “Bavariya” hesabı açsa da, “Real” 88 və 90+1-ci dəqiqələrdə fərqlənib.

Görüşün sonunda “Bavariya”nın futbolçusu Matteys de Liqt “Real”ın qapısına qol vurub. Bununla belə, baş hakim Şimon Martsinyak Münhen klubunun digər futbolçusu Nusayr Mazrauinin oyundankənar vəziyyətdə olduğunu hesab edərək, epizodun sonunu gözləmədən fit çalıb və ofsayd qeydə alıb. Nəticədə Münhen təmsilçisinin qolu sayılmayıb, “Real” mərhələ adlayıb.

Bu qərar futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub. 

UEFA Avro-2024-ün açılış oyununun – iyunun 14-də Münhendə keçiriləcək Almaniya – Şotlandiya görüşünün idarəçiliyini Martsinyaka həvalə etməyi planlaşdırırmış. Lakin qurum referinin “Real” – “Bavariya” görüşündəki qərarını səhv hesab etdiyi üçün onu Almaniya – Şotlandiya matçına təyin etmək fikrindən daşınıb. 

Qeyd edək ki, Avro-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir