Güləşçilərimiz qələbələrini Ali Baş Komandana və hərbçilərə həsr ediblər
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230424_080359.jpg)
“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atıb”.
“Turanın səsi ” xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində yazıb.
Onun sözlərinə görə, yarışın son günündə Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb:
“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazanıb”.