Futbolçu oyun zamanı vəfat etdi – FOTO 

Misir millisinin və yerli “Fyuçe” klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib. 

Turanın səsi ” in xəbərinə görə , bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Hadisə Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı baş verib.

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb.

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir