Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün VII tura yekun vurulacaq.

0

“Report”un məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

İlk matçda “Kəpəz” Qəbələdə “Şamaxı”nı qəbul edəcək. 6 oyunun hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu – 10-cu, 2 xala malik qonaqlar 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 30 dəfə üz-üzə gəliblər. Bunların 6-da meydan sahibləri, 17-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar üstündür – 52:28.

Günün və turun sonuncu görüşündə “Qarabağ” “Zirə”nin qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” 15 xalla 3-cü, “qartallar” isə 10 xalla 5-ci sıradadır. Tərəflər indiyədək Premyer Liqada 27 dəfə qarşılaşıblar. Bunların 18-də Ağdam təmsilçisi meydanı 3 xalla tərk edib. Digər 8 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də ölkə çempionunun aşkar üstünlüyü var – 55:12. “Zirə” isə heç vaxt bu rəqibinə qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası

VII tur

18 sentyabr (bazar)

18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Qəbələ” “Sumqayıt”ı 1:0, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir