“Frayburq”un baş məşqçisi: “Qarabağ” əla komandadır”

“Qarabağ” əla komandadır”.

Turanın səsi”-ın məlumatına görə, bunu Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis hər bir oyunçuya bu görüşdə şans verə biləcəyini söyləyib: “Bu qarşılaşmada kimlərin oynayacağını demək istəmirəm. Qapıçı mövqeyində də dəyişiklik ola bilər”.

Ştrayx “Qarabağ” haqqında da xoş fikirlər səsləndirib: “Bu rəqib həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən oradadır. Bu, son dərəcədə əlamətdar hadisədir”.

Baş məşqçi bəzi itkilərinin olduğunu sözlərinə əlavə edib: “Manuel Qulde, Merlin Röl və Jonatan Şmid Bakıya getməyəcək”.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir