Fransa liqası: PSJ Messi kənarlaşdırılandan sonra ilk matçda “Ayaçço”nu darmadağın edib

Fransa Liqa 1-nin 35-ci turunda PSJ öz meydanında “Ayaçço”nu qəbul edib.

Turanın səsi ” xəbər verir ki, qarşılaşma ev sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb – 5:0.

Paytaxt təmsilçisinin heyətində qolları Fabian Ruis, Əşrəf Həkimi və dubl fərqlənən Kilian Mbappe vurub. Daha bir qolu isə qonaqlar öz qapılarına vurublar.

Qeyd edək ki, PSJ azarkeşləri məşqlərdən ikihəftəlik uzaqlaşdırıldıqdan sonra ilk matçına çıxan Messini fitə basıblar.

PSJ 81 xalla Fransa liqasında liderliyini davam etdirir və ikinci yerdə olan “Lans”ı 6 xal qabaqlayır. “Ayaçço” 23 xalla 18-ci yerdədir. Növbəti turda PSJ “Oser”, “Ayaçço” isə “Renn”lə qarşılaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir