Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidandan üzr istəyib
Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrey millinin sabiq üzvü Zinəddin Zidandan üzr istəyib.
“turanın səsi ” xəbər verir ki, qurum rəhbəri fikirlərini düzgün izah edə bilmədiyini söyləyib.
O, 51 yaşlı mütəxəssisə hörmətlə yanaşdığını bildirib: “Bu sözlər nə mənim fikirlərimi əks etdirir, nə də futbolçu və məşqçi kimi Zidana olan münasibətimi dəyişir. Buna görə üzr istəyirəm. Belə müsahibə verməməli idim.
Fransa futbolunun iki abidəsi Didye Deşamla Zinəddin Zidanı qarşı-qarşıya qoydum. Etiraf edirəm ki, anlaşılmazlığa səbəb olan yöndəmsiz açıqlamalar vermişəm. Zinəddin Zidan mənim ona, eləcə də bütün fransızlara nə qədər hörmət bəslədiyimi bilir”.
Qeyd edək ki, Noel Le Qrey bundan əvvəlki açıqlamasında bildirib ki, Zidan millinin baş məşqçisi postuna namizəd olmayıb və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcək.
14:10
İspaniyanın “Real” klubu Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qreyin tanınmış mütəxəssis Zinəddin Zidan haqda səsləndirdiyi fikirlər səbəbindən qurumdan üzrxahlıq tələb edib.
“Turanın səsi ” xəbər verir ki, Madrid təmsilçisi sabiq baş məşqçisinə dəstək xarakterli bəyanat yayıb.
Bildirilib ki, FFF prezidentinin açıqlaması Zidana qarşı hörmətsizlikdir: “Federasiya prezidentinin dünya idmanının ən böyük əfsanələrindən biri olan Zinəddin Zidan haqda dediyi xoşagəlməz fikirlərdən təəssüflənirik. Bu, futbol azarkeşləri tərəfindən ən çox bəyənilən simalardan birinə qarşı hörmətsizlik deməkdir və klubumuz üzrxahlıq gözləyir”.
Qeyd edək ki, Noel Le Qrey son açıqlamasında bildirib ki, Zidan millinin baş məşqçisi postuna namizəd olmayıb və mütəxəssis zəng vursa belə, ona cavab verilməyəcək.
Dərhal tvitter səhifəsi vasitəsilə Zidana dəstək mesajı yayımlayan yığmanın aparıcı futbolçusu Kilian Mbappe “Zidan Fransadır. Biz əfsanəyə o qədər də hörmətsiz yanaşmırıq”, – fikirlərini yazıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09