FIFA Klublararası Dünya Kubokunun torbaları müəyyənləşdi

2025-ci ildə ABŞ-da keçiriləcək FIFA Klublararası Dünya Kubokunun paylanma torbaları məlum olub.

turaninsesi.az” xəbər verir ki, 32 komandadan ibarə yeni formatda keçiriləcək turnirdə aşağıdakı klublar iştirak edəcək:

1-ci torba: “Mançester Siti” (İngiltərə), “Real Madrid” (İspaniya), “Bavariya” (Almaniya), “PSJ” (Fransa), “Palmerias”, “Flaminqo”, “Fluminense” (Braziliya), “River Pleyt” (Argentina).

2-ci torba: “Çelsi” (İngiltərə), “Borussiya Dortmund” (Almaniya), “İnter”, “Yuventus” (İtaliya), “Benfika”, “Porto” (Portuqaliya), “Atletiko Madrid” (İspaniya), “Salzburq” (Avstriya).

3-cü torba: “Əl Hilal” (Səudiyyə Ərəbistan), “Ulsan” (Cənubi Koreya), “Əl Əhli” (Misir), “Vidad” (Mərakeş), “Monterrey”, “Leon” (Meksika), “Boka Juniors” (Argentina), “Botafoqo” (Braziliya).

4-cü torba: “Urava” (Yaponiya), “Əl Əin” (BƏƏ), “Esperans” (Tunis), “Mamelodi” (CAR), “Pakhuka” (Meksika), “Seattl Sunders”, “İnter Mayami” (ABŞ), “Aukland Siti” (Yeni Zellandiya).