FIFA-dan Rusiya klublarına transfer qadağası
FIFA Rusiyanın SSKA və “Ximki” klublarına transfer qadağası qoyub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sözügedən klublar qarşıdakı 3 transfer pəncərəsində yeni oyunçu ala və qeydiyyatdan keçirə bilməyəcəklər. Onlar yalnız 2026-cı ilin yayında yeni transfer gerçəkləşdirə bilərlər.
FIFA-nın belə qərar verməsinin səbəbi hələlik açıqlanmayıb.