Fatih Terim istefa verdi 

“Panatinaikos” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb. 

Turanın səsi ” xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis öz sosial şəbəkə hesabında məlumat yayıb. 

O, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib. 

Qeyd edək ki, F.Terim ötən ilin dekabrında “Panatinaikos”un baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda hazırda ölkə çempionatında 71 xalla 4-cü pillədə qərarlaşıb və çempionluq şansını itirib. Ancaq komanda ölkə kubokunun finalına yüksəlib. “Panatinaikos” mayın 25-də finalda “Aris”lə qarşılaşacaq. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir