Fatih Terim ərəb klubunu çalışdıracaq
Fatih Terim Səudiyyə Ərəbistanın “Əl-Şahab” komandasını çalışdıracaq. 71 yaşlı mütəxəssis klubla ilkin razılığa gəlib.
“turaninsesi.az” xəbər verir ki, tərəflər arasında müqavilə bu gün imzalanacaq.
“Əl-Şahab”ın əvvəlki baş məşqçisi portuqaliyalı mütəxəssis Vitor Pereyra idi.
Xatırladaq ki, Fatih Terim bundan öncə Yunanıstanın “Panatinakos” klubunu çalışdırıb. Onun adı bir sıra Azərbaycan klubları ilə də hallanırdı.