Emin Əmrullayev “Neftçi” azarkeşlərinə səbr dilədi

Elm və təhsil naziri Emin Əmrullayev komandanın nəticələri ilə bağlı fikirlərini bildirib.

turaninsesi.az” xəbər verir ki, “Neftçi”nin Müşahidə Şurasının üzvü olan nazir qeyd edib: 

“Ola bilər, bugünkü durum “Neftçi” azarkeşlərinin xoşuna gəlmir. Mən də həmişə demişəm, “Neftçi”yə yalnız birinci yer yaraşır. 2 yol var. Ya tez hansısa uğurun arxasınca qaçmalısan, ya da dayanıqlılığı təmin etməlisən. Bu da infrastrukturun, akademiyanın inkişaf etdirilməsi deməkdir.

Biz uzunmüddətli nəticənin arxasına düşmüşük. Bu, vaxt alır və ətrafdakı insanlardan səbr istəyir. Lakin inanıram ki, tezliklə “Neftçi”nin durumu daha da yaxşılaşacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI