Əfsanəvi futbolçu bu vəzifəyə namizəd oldu
Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldo Nazariyo mühüm vəzifə tuta bilər.
“turaninsesi.az” xəbər verir ki, 48 yaşlı veteran futbolçu Braziliya futbol federasiya prezidentliyinə namizəddir.
“Fenomeno” ləqəbli Ronaldo bu bu vəzifəyə gəlməsi üçün dəstək istəyib.
Qaydalara görə, Ronaldo Nazariyo federasiya prezidenti olmaq üçün ən az 4 ştat federasiyası və 4 futbol klubunun tam dəstəyini almalıdır.