Dünyada ilin məşqçisi açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı baş məşqçisini açıqlayıb.

Turanın səsi ” qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Argentina millisinin çalışdırıcısı Lionel Skaloni layiq görülüb.

45 yaşlı mütəxəssis 240 xalla digər həmkarlarını qabaqlayıb. İkinci yeri Fransa yığmasının baş məşqçisi Didye Deşam (45 xal) tutub. İlk “3-lüy”ü 30 xalla Mərakeş seçməsinin çalışdırıcısı Valid Reqraqi tamamlayıb. Bununla tarixdə ilk dəfə Afrika təmsilçisinin baş məşqçisi ilk “üçlüy”ə düşə bilib.

Qeyd edək ki, Lionel Skaloni ötən il Argentina yığmasına dünya çempionluğunu qazandırıb.

YerBaş məşqçiKomandaXal
1Lionel SkaloniArgentina240
2Didye DeşamFransa45
3Valid ReqraqiMərakeş30
4Zlatko DaliçXorvatiya20
5Hajime MoriyasuYaponiya15
6Lui Van QalNiderland10
Qreqq BerhalterABŞ10
8Herve RenarSəudiyyə Ərəbistanı5
TiteBraziliya5
Paulu BentuCənubi Koreya5

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir