Derbi öncəsi kritik qərar
“Qalatasaray” – “Beşiktaş” derbisi öncəsi hər iki komandanın heyətində ciddi itki yoxdur. Meydan sahiblərində Osimen və İkardi, qonaqlarda isə Rafa Silva və İmmobile əsas heyətdə yer alacaq.
“turaninsesi.az” Türkiyə mediasına istinadən xəbər verir ki, oyundan öncə ən kritik qərar “Qalatasaray” tərəfində verilib. “Sarı-qırmızılar” derbiyə cüt forvard taktikası ilə çıxmağı planlaşdırır.
Qərara əsasən, Osimen və İkardi hər ikisi hücum mövqeyində, mərkəzdə çıxış edəcək. Taktiki heyət tam təsdiq olunmasa da, Türkiyə mətbuatına sızdırılmış xəbərdə sözügedən taktika öz əksini tapıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI