DÇ-2022: Bu gün qrup mərhələsində II tura yekun vurulacaq
Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.
“Turanın səsi” in məlumatına görə, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.
Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.
H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.
DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu
14:00. Kamerun – Serbiya
20.00. Braziliya – İsveçrə
Xal durumu: Braziliya – 3, İsveçrə – 3, Kamerun – 0, Serbiya – 0.
H qrupu
17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya – Uruqvay
Xal durumu: Portuqaliya – 3, Uru0vay – 1, Cənubi Koreya – 1, Qana – 0
Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.