Daha bir azərbaycanlı futbolçu Türkiyə klubunda

“Turan Tovuz”la yollarını ayıran Sertan Taşkın Türkiyə klubuna keçib. 

Turanın səsi ” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 və əsas millisində çıxış etmiş 26 yaşlı müdafiəçi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sertan karyerasını Tükiyənin 1-ci liqasında çıxış edən “Manisa” klubunda davam etdirəcək.

Qeyd edək ki, Sertan Taşkın “Turan Tovuz”a mövsümün əvvəlində “Zirə”dən transfer olunmuşdu.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir