ÇL-də nəticələr: “Qalatasaray” “Molde”yə qalib gəldi

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
“Turanın səsi ” xəbər verir ki, ikinci oyun gündə 3 matç keçirilib.
Türkiyə “Qalatasaray”ı pley-offun ilk oyununda “Molde”nin qonağı olub. “Cim-bom” 90+3-cü dəqiqədə vurulan qolla qalib gəlib – 3:2.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 29-30 avqust tarixlərində keçiriləcək.
23 avqust
23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) – 2:3
Qollar: Ellinqson, 8, Hauqan, 56 – Oliveyra, 25, İkardi, 29, Midtsyo, 90+3
23:00. “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan) – 2:1
Qollar: Ruiz, 51, Fernandes, 74 – Mançini, 90+5
23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 0:0
22 avqust
23:00. “Antverpen” (Belçika) – AEK (Yunanıstan) – 1:0
23:00. “Rakov” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1
23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 2:2