ÇL: “Barselona” “Bavariya”ya qalib gəldi, “Atletiko” evdə uduzdu
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin III turuna yekun vurulub.
“turaninsesi.az” xəbər verir ki, turun ikinci oyun günündə daha 9 oyun keçirilib.
“Barselona” doğma meydanda Almaniya təmsilçisi “Bavariya”nı böyük hesabla məğlub edib – 4:1.
“Mançester Siti” isə “Sparta”nı (Çexiya) darmadağın edib – 5:0. İngiltərənin digər təmsilçisi “Liverpul” isə səfərdə “Leyptsiq”ə (Almaniya) minimal hesabla qalib gəlib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
23 oktyabr
“Atalanta” (İtaliya) – “Seltik” (Şotlandiya) 0:0
“Brest” (Fransa) – “Bayer 04” (Almaniya) 1:1
“Mançester Siti” (İngiltərə) – “Sparta” (Çexiya) 5:0
“Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:1
“Barselona” (İspaniya) – “Bavariya” (Almaniya) 4:1
“Atletiko” (İspaniya) – “Lill” (Fransa) 1:3
“Benfika” (Portuqaliya) – “Feyenoord” (Niderland) 1:3
“Zaltsburq” (Avstriya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
“Yanq Boys” (İsveçrə) – “İnter” (İtaliya) 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV tura noyabrın 5-də start veriləcək.