Çempionlar Liqasının ən yaxşı bombardiri məlum olub
Çempionlar Liqasının 2022-2023-cü illər mövsümünün ən yaxşı bombardiri “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland olub.
“Turanın səsi ” in məlumatına görə, hücumçu turnirdə 11 matçda 12 qola imza atıb.
Qeyd edək ki, Haaland həmçinin, 35 matçda 36 qol vuraraq İngiltərə Premyer Liqasının da (APL) bombardiri seçilib.