Çempionlar Liqasında pley-off matçları başlayır
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/Messenger_creation_84B8EF90-6A24-42FB-863E-085F6C1F611C-1024x572.jpeg)
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.
“turaninsesi.az” xəbər verir ki, 1-ci oyun günündə 4 matç keçiriləcək.
Günün maraqla gözlənilən oyunlarından biri İngiltərədə olacaq. Burada “Mançester Siti” “Real”ı qəbul edəcək.
PSJ “Brest”lə qarşılaşacaq. “Yuventus” PSV ilə, Dortmund “Borussiya”sı isə “Sportinq”lə üz-üzə gələcək.
Pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.