Çempionlar Liqasında gecənin nəticələri
UEFA Çempionlar Liqasının Liqa mərhələsində VII tura yekun vurulub.
“turaninsesi.az” xəbər verir ki, turun mərkəzi görüşü Fransanın paytaxtı Parisdə keçirilib.
PSJ doğma meydanda “Mançester Siti” ilə qarşılaşıb. Oyunun gedişində ingilislər 2:0 hesabı ilə önə keçsələr də, meydan sahibləri geridönüş edərək qələbə qazanıblar – 4:2.
“Real” isə evdə “Zaltsburq”la üz-üzə gəlib. Madrid klubu rəqibini darmadağın edərək 3 xal qazanıb – 5:1. “İnter” səfərdə “Sparta”dan üstün olub – 1:0.
Turun bütün oyunlarının nəticələrini təqdim edirik:
UEFA Çempionlar Iiqası
Liqa mərhələsi
VII tur
22 yanvar
21:45. “Leyptsiq” (Almaniya) – “Sportinq” (Portuqaliya) 2:1
21:45. “Şaxtyor” (Ukrayna) – “Brest” (Fransa) 2:0
00:00. “Real” (İspaniya) – “Zaltsburq” (Avstriya) 5:1
00:00. PSJ (Fransa) – “Mançester Siti” (İngiltərə) 4:2
00:00. “Sparta” (Çexiya) – “İnter” (İtaliya) 0:1
00:00. “Arsenal” (İngiltərə) – “Dinamo” (Xorvatiya) 3:0
00:00. “Seltik” (Şotlandiya) – “Yanq Boys” (İsveçrə) 1:0
00:00. “Feyenoord” (Niderland) – “Bavariya” (Almaniya) 3:0
00:00. “Milan” (İtaliya) – “Jirona” (İspaniya) 1:0
Qeyd edək ki, Liqa mərhələsində sonuncu – VIII turun oyunları yanvarın 30-da keçiriləcək.