Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri üz-üzə, Emrelinin komandası AEK-ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
“Turanın səsi ” in məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Yunanıstanda AEK-in qonağı olacaq.
II raundda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Rakuv” Polşada Kiprin “Aris” klubunu qəbul edəcək.
Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” isə Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – HİK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
8 avqust
22:00. “Rakuv” (Polşa) – “Aris” (Kipr)
22:00. “Kopenhagen” (Danimarka) – “Sparta” (Çexiya)
22:30. PSV (Niderland) – “Şturm” (Avstriya)
22:45. AEK (Yunanıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
22:45. “Klaksvik” (Farer adaları) – “Molde” (Norveç)
23:00. “Olimpiya” (Sloveniya) – “Qalatasaray” (Türkiyə)
23:00. “Braqa” (Portuqaliya) – “Baçka Topola” (Serbiya)
Qeyd edək ki, bu raundun digər 3 oyunu avqustun 9-da keçiriləcək.