Çempionlar Liqası: “Qarabağ” “pley-off”da

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” “Şkendiya” ilə cavab matçına çıxıb
“turaninsesi.az” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin qələbə ilə başa çatıb – 5:1.
Qeyd edək ki, Skopyedəki ilk oyunda Azərbaycan çempionu 1 cavabsız qolla qalib gəlmişdi.
Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şkendiya”nı mübarizədən kənarlaşdıran “Qarabağ” adını pley-off mərhələsinə yazdırıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Liqa mərhələsinə gedən yolda “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.
Bununla da “Qarabağ” ən azı Avropa Liqasının Liqa mərhələsində iştirakını təmin edib.