Çempionlar Liqası: “Qalatasaray”ın potensial rəqibləri bəlli olub


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Turanın səsi ” in məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə 2 cüt müəyyənləşib.

Turnirə bu mərhələdən başlayacaq Türkiyə çempionu “Qalatasaray”ın ilk dueli “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütünün qalibinə qarşı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) cütü / “Qalatasaray” (Türkiyə)

“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) cütü / “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütü

“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) cütü

“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) cütü / “Haken” (İsveç) – TNS (Uels) cütü

HIK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) cütü / “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya) – İlkin mərhələnin qalibinin cütü / “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya) – “Şerif” (Moldova) cütü / “Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) cütü

“Aris” (Kipr) – “Partizani” (Albaniya) – BATE (Belarus) cütü

“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) cütü / “Slovan” (Slovakiya) – “Svift Hesperange” (Lüksemburq) cütü

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) – “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) – “Genk” (Belçika)

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir