Çempionlar Liqası oyunlarında ilk qolu ən çox vuran futbolçular açıqlanıb
UEFA Çempionlar Liqası (ÇL) oyunlarında ilk qolu ən çox vuran futbolçular müəyyənləşib.
” turanın səsi ” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən nüfuzlu klub turniri matçlarında hesabı hamıdan çox açan 10 oyunçunun adını açıqlayıb.
Siyahıya Kriştianu Ronaldu başçılıq edir. Portuqaliyalı superulduz 48 qarşılaşmada ilk qolun müəllifi olub. Onu 40 topla Lionel Messi izləyir.
İngiltərə klubu “Çelsi” ilə 1/4 final mərhələsinin ilk görüşündə hesabı açan İspaniya təmsilçisi “Real Madrid”in (2:0) hücumçusu Kərim Benzema 30-cu dəfə bunu bacarıb.
Futbolçu | Ölkəsi | İl | İlk qol | Cəmi | |
1 | Kriştianu Ronaldu | Portuqaliya | 2003–2022 | 48 | 140 |
2 | Lionel Messi | Argentina | 2005– | 40 | 129 |
3 | Kərim Benzema | Fransa | 2005– | 30 | 90 |
4 | Raul | İspaniya | 1995–2011 | 26 | 71 |
Robert Levandovski | Polşa | 2011– | 26 | 91 | |
6 | Filippo İnzaqi | İtaliya | 1997–2012 | 21 | 46 |
7 | Andrey Şevçenko | Ukrayna | 1994–2012 | 19 | 48 |
Zlatan İbrahimoviç | İsveç | 2001– | 19 | 48 | |
9 | Alessandro Del Pyero | İtaliya | 1995–2009 | 18 | 42 |
Tyerri Anri | Fransa | 1997–2012 | 18 | 50 |