Çempionlar Liqası: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.
“Turanın səsi ” in məlumatına görə, son oyun günündə keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları bəlli olacaq.
İspaniya “Real Madrid”i İngiltərədə 5:2 hesabı ilə qalib gəldiyi “Liverpul”u qəbul edəcək. Görüşün baş hakimi almaniyalı Feliks Tsvayer olacaq.
Gecənin digər matçında isə “Napoli” İtaliyada Almaniyanın “Ayntraxt” (Frankfurt) komandasını sınağa çəkəcək. Neapol təmsilçisi ilk qarşılaşmada 2:0 hesablı qələbə qazanıb. Oyunu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edəcək.
UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
15 mart
00:00. “Real Madrid” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Feliks Tsvayer (Almaniya)
İlk oyun – 5:2
Madrid, “Santyaqo Bernabeu” stadionu
00:00. “Napoli” (İtaliya) – “Ayntraxt” Frankfurt (Almaniya)
Baş hakim: Entoni Teylor (İngiltərə)
İlk oyun – 2:0
Neapol, “Dieqo Armando Maradona” stadionu
Qeyd edək ki, daha əvvəl Almaniyanın “Bavariya”, Portuqaliyanın “Benfika”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, həmçinin İtaliyanın “Milan” və “İnter” komandaları 1/4 finala vəsiqə qazanıblar.