“Çelsi”dən inanılmaz dönüş

İngiltərə Premiyer Liqasının 15-ci turunun mərkəzi görüşündə “Tottenhem” “Çelsi”ni qəbul edib. “London derbisində” 2-0 geriyə düşən “zadəganlar” möhtəşəm geridönüş edərək, matçdan 4-3 hesablı qələbə ilə ayrılıb.

turaninsesi.az” xəbər verir ki, “Tottenhem” 5-ci dəqiqədə Solanke və 11-ci dəqiqədə Kulusevski ilə 2-0 önə keçib. 17-ci dəqiqədə isə “Çelsi” Sançonun penalti qolu ilə fərqi 1-ə endirib. İlk hissə bu hesabla yekunlaşıb.

İkinci hissəyə əla başlayan “Çelsi” Palmerin penalti qolu ilə hesabı bərabərləşdirib. 73-də Enzo Fernandeslə önə keçən “zadəganlar”, Palmerin 84-cü dəqiqədəki penaltisi ilə fərqi 2 topa çatdırıb.

Şokdan ayılmağa çalışan “Tottenhem” 90+6-da kapitanı Min Sonla fərqi hesab fərqini azaltsa da, bundan artığına gücü çatmayıb. Bu nəticə ilə xallarının sayını 31-ə yüksəldən “Çelsi” ikinci pilləyə yüksəlib. “Tottenhem” isə 20 xalda qalıb.