“Çelsi” sabiq baş məşqçisi ilə razılıq əldə edib
İngiltərənin “Çelsi” klubu sabiq baş məşqçisi Frenk Lempardla razılıq əldə edib.
“Turanın səsi ” in məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 45 yaşlı mütəxəssis London təmsilçisinin qısamüddətli müqavilə təklifini qəbul edib. Lempard aprelin 2-də istefaya göndərilmiş Qrem Potteri əvəzləyəcək.
Qeyd edək ki, 2001-2014-cü illərdə “zadəganlar”da oynamış keçmiş yarımmüdafiəçi 2019-2021-ci illərdə komandanın baş məşqçisi olub.