“Çelsi” Neymarın transferində maraqlıdır
![](https://turaninsesi.az/wp-content/uploads/2023/05/20230507_025003.jpg)
“Çelsi” PSJ-nin braziliyalı hücumçusu Neymarın transferində maraqlıdır.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
İngiltərə klubunun sahibi Todd Boeli hücumçunun transferini parislilərin prezidenti Nasser Əl-Xelaifi ilə müzakirə edib.
Bununla belə, klub onun keçidinin mümkün olub-olmadığına əmin deyil.
“Digər problem futbolçunun dörd il üçün nəzərdə tutulmuş müqaviləsi ola bilər”, – nəşrdə bildirilir.
Qeyd edək ki, braziliyalı hücumçu 2017-ci ilin yayında PSJ-yə keçib. Bu mövsüm o, parislilərin heyətində 29 oyun keçirib və 18 qol vurub.