“Çelsi” London derbisində qələbə qazandı

İngiltərə Premiyer Liqasının 30-cu turunun mərkəzi qarşılaşmasında “Çelsi” doğma meydanda “Tottenhem”i qəbul edib. İlk dördlük uğrunda mübarizə aparan “zadəganlar” rəqibini minimal hesabla məğlub edib.
“turaninsesi.az” xəbər verir ki, matçda yeganə qolu 55-ci dəqiqədə Enzo Fernandez vurub. “Tottenhem” azarkeşləri oyun ərzində baş məşqçiləri Anxe Postekoğlunu fitə basıblar.
Bu nəticə ilə “Çelsi” xallarının sayını 52-yə yüksəldib və 4-cü pillədə qərarlaşıb. “Tottenhem” isə 34 xalla 14-cüdür.