Buruk: O, ağlamağına davam etsin

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Fənərbaxça” ilə heç-heçə etdikləri son matç haqqında danışıb.

turaninsesi.az” xəbər verir ki, mütəxəssis baş hakim Slavko Vinçiçin idarəçiliyindən narazı qaldığını deyib: 

“Təbii ki, çox stressli oyun idi. Çempionlar Liqasının finalının referisi olmuş hakim bu gün oyunu necə də pis idarə etdi. Çox pis səhvlərə yol verdi. Dördüncü hakimə heç qulaq asmadı. Dördüncü hakim əl edir, ona heç baxmır. Slavko Vinçiç türk hakimlərdən daha pis idarəçilik etdi. Bunu matçdan sonra onun özünə də dedim. Oyunda əl-ayağı titrədi. Mən inana bilmədim”.

Buruk “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun ünvanına tənqidlər də səsləndirib: “O, ağlamağı ilə məşhurdur. Hakimin otağına da gedib ağladı. Ağlamağa davam etsin”.