Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək
![](https://turaninsesi.az/wp-content/uploads/2023/02/20221127_113133-1.jpg)
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. “Report”un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
” Turanın səsi ” xəbər verir ki , 14 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz” 16 xalla 8-ci sırada yer alan “Şamaxı”nı qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “sarı-göylər” rəqibindən geri qalır – 31:54.
Son üç qarşılaşmada hər iki komanda qol vurub. “Kəpəz” üç oyundur uduzmur.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral (cümə)
14:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu.
Qeyd edək ki, turun “Qəbələ” – “Sumqayıt” və “Neftçi” – “Səbail” matçları fevralın 18-də, “Zirə” – “Qarabağ” və “Sabah” – “Turan Tovuz” görüşləri isə fevralın 19-da keçiriləcək.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI