Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə vurulacaq.
“Turanın səsi” in məlumatına görə, 2-ci dövrənin sonuncu – XVIII turunun bağlanış oyununda “Zirə” “Kəpəz”i qəbul edəcək.
Hazırda “qartallar” 27 xalla 4-cü, “sarı-göylər” isə 11 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə qarşılaşıb. Bunların 6-da Bakı klubu, 3-də Gəncə təmsilçisi qələbə qazanıb. 4 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Rəşad Sadıqovun baş məşqçi olduğu komanda öndədir – 18:12.
“Zirə” son 5 matçda uduzmayıb. Bakılar son 4 ev oyununda qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVIII tur
25 dekabr (bazar)
15:00. “Zirə” – “Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” evdə “Şamaxı”nı 3:0, “Sabah” səfərdə “Sumqayıt”ı 6:0, “Qarabağ” “Səbail”i 3:0 hesabı ilə məğlub edib, “Qəbələ” isə öz meydanında “Turan Tovuz”la qolsuz sülhə razılaşıb.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09