Bu gün Azərbaycan Kubokunda ilk finalçı bəlli olacaq
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20221122_095503-1.jpg)
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.
“Turanın səsi ” in məlumatına görə, bununla da turnirin ilk finalçısı bəlli olacaq.
Birinci matçda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzan “Neftçi” bu dəfə rəqibini “Bakcell Arena”da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
Digər yarımfinal matçında isə “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
20:00. “Neftçi” – “Turan Tovuz”
Baş hakim: Fərid Hacıyev
İlk oyun – 0:1
Bakı, “Bakcell Arena”
Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.