“Böyük beşlik”də ən çox oyunda qol vuran futbolçuların adlarını açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ən çox çempionat oyununda qol vuran futbolçuların adlarını açıqlayıb.

Turanın səsi ” qurumun saytına istinadən xəbər verir ki, araşdırma “böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa) yüksək liqalarına şamil edilib.

Siyahıya Fransanın PSJ klubunun hücumçusu Lionel Messi başçılıq edir. Apreldə Paris təmsilçisinin heyətində Liqa 1-in iki oyununda fərqlənən argentinalı ulduz futbolçu liderliyi ələ keçirib. 36 yaşlı ön xətt oyunçusu karyerası ərzində 319 liqa matçında qol vurmağa müvəffəq olub. Həmin qarşılaşmaların 300-ü sabiq komandası İspaniya “Barselona”sının, 19-u isə hazırkı klubunun heyətində reallaşıb.

İkinci pillədə karyerasını Səudiyyə Ərəbistanında davam etdirən Kriştianu Ronaldu qərarlaşıb.

FutbolçuÖlkəsiİllərİngFraAlmİtaİspQollar
1Lionel MessiArgentina2004-19300319
2Kriştianu RonalduPortuqaliya2003-20227460183317
3Cimmi Qrivzİngiltərə1957-19712456251
4Gerd MüllerAlmaniya1964-1979228228
5Robert LevandovskiPolşa2010-21312225
6Zlatan İbrahimoviçİsveç2004-147212315224
7Delio OnnisArgentina1971-1986221221
Stiv Blumerİngiltərə1892-1914221221
9Kərim BenzemaFransa2005-17836214
10Diksi Dinİngiltərə1924-1938211211
Alan Şirerİngiltərə1987-2006211211

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir