“Bizi daha böyük uğurlar gözləyir!” – “Qarabağ”ın prezidenti

“Qarabağ”ın prezidenti Tahir Gözel “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Ludoqorets” üzərində Bolqarıstandakı inamlı qələbəsinin (7:2) ardından fikirlərini bölüşüb. 

turaninsesi.az” xəbər verir ki, T.Gözel Ağdam təmsilçisinin uğurlarının davamlı olacağına inamını vurğulayaraq, hər kəsi bu möhtəşəm qələbə münasibətilə təbrik edib: 

“İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm! Bu oyun hamımız üçün çox stresli, çox gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür. 

O, baş məşqçi Qurban Qurbanova belə bir komanda yetişdirdiyinə görə təşəkkür edib: “Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün – iradə günü idi! Bu məqamda, Qurban Qurbanova belə bir fiziki gücdə olan komanda yetişdirdiyi üçün bir daha təşəkkür etmək istəyirəm”. 

“Biz eyni zamanda, yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq mən əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz” – deyə T.Gözel əlavə edib. 

Klub prezidenti bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda cənab prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar gözləyir!”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir