“Beşiktaş” üç futbolçusunu Bakıya gətirməyib
Xeyriyyə oyununda “Sabah”la qarşılaşacaq Türkiyə “Beşiktaş”ı üç futbolçusunu Bakıya gətirməyib.
“Turanın səsi ” xəbər verir ki , bu barədə müsahibəsində İstanbul klubunun baş məşqçisi Şenol Güneş açıqlama verib.
71 yaşlı mütəxəssis bildirib ki, müdafiəçilər Romen Saiss, Artur Masuaku və Omar Koli zədə səbəbindən Azərbaycana gəlməyib. “Hər üçü müdafiəçi olduğu üçün arxa xətdə problemlərimiz ola bilər”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçı saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.