Benfika” növbəti mərhələyə yüksəldi
Çempionlar Liqasının pley-off turunun cavab görüşündə “Benfika” doğma meydanda “Monako” ilə qarşılaşıb.
“turaninsesi.az” xəbər verir ki, ilk oyunda səfərdə qələbə qazanan portuqaliyalılar bu dəfə də 3-3 heç-heçə əldə edərək növbəti tura vəsiqə qazanıblar.
“Benfika”nın qollarını Kərəm Aktürkoğlu (22), Vaqnelis Pavlidis (72), Orkun Körkçü (84) vurub. Fransızların heyətində isə Takumi Minamino (32), Ben Seqir (52), İlenkena (81) fərqlənib.
Bu nəticə ilə “Benfika” növbəti mərhələyə yüksəlib.