“Bavariya”dan darmadağın
Almaniya Bundesliqasının 15-ci turunun açılış oyununda “Bavariya” və “Leipsiq” klubları üz-üzə gəlib. Oyun meydan sahiblərinin 5-1 hesablı qələbəsi ilə yekunlaşıb.
“turaninsesi.az” xəbər verir ki, münxenlilərin heyətində heyətində Musiala, Laymer, Kimmix, Sane və Deyvis fərqlənib. Qonaqların yeganə qolunu isə Sesko vurub.
Bu nəticə ilə “Bavariya” xallarının sayını 36-ya yüksəldib və liderliyini möhkəmləndirib. “Leipsiq” isə 27 xalda qalıb.