“Bavariya” növbəti mərhələdə

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Bayer Leverkuzen” evində “Bavariya”nı qonaq edib. İlk oyunda rəqibindən 3-0 hesablı üstün olan münhenlilər, cavab oyununda da qələbə qazanıb.
“turaninsesi.az” xəbər verir ki, qonaqların qollarını Harri Keyn (52) və Alfonso Deyvis (71) vurub. Leverkuzenlilərin isə cavab topuna gücü çatmayıb.
Bu nəticə ilə “Bavariya” növbəti tura adını yazdıran tərəf olub. Almanların 1/4 finaldakı rəqibi İtaliyanın “İnter” klubu olacaq.