Baş məşqçi oyun zamanı istefa verdi

Braziliyanın 4-cü divizionunda mübarizə aparan “Brasiliense”nin baş məşqçisi Paulo Roberto Santos oyun zamanı istefa verib. 

 “Turanın səsi ” “Correiro Braziliense”yə istinadən xəbər verir ki, mütəxəssis “Real Madrid”lə (Braziliya) matçın fasiləsində vəzifəsindən ayrılıb. O, klub prezidentinin tənqidlərinə görə belə addım atıb. “Brasiliense”ni ikinci hissəyə həkim Xorxe Oliva çıxarıb. 

Matç “Brazilianse”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda 3 oyundan sonra 6 xal toplayıb və turnir cədvəlinə liderlik edir. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir