“Barselona” rekorda bir addım da yaxınlaşıb

0

İspaniyanın “Barselona” klubu rekorda bir addım da yaxınlaşıb.

Turanın səsi ” xəbər verir ki, Kataloniya təmsilçisi La Liqanın XXVIII turunda “Jirona” ilə qolsuz bərabərə qalıb.

Bu, Xavi Ernandesin kollektivinin cari mövsüm çempionatda qapısından top buraxmadığı 21-ci matç olub. Qapıçı Mark-Andre ter Ştegen klub rekordunu təkrarlamaq üçün mövsümün sonuna qədər daha 3 qarşılaşmada rəqib hücumlarına mane olmalıdır.

“Barselona”nın La Liqadakı rekordu 1986/1987 mövsümündə 24 “quru” oyun olub. Həmin vaxt çərçivəni Andoni Zubizarreta qoruyub. 2014/2015 mövsümündə isə Klaudio Bravo 23 görüşdə qapısının toxunulmazlığını qorumağı bacarıb.

Qeyd edək ki, “Barselona” hazırda 72 xalla turnir cədvəlinə başçılıq edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir