Azərbaycanlı futbolçu “Qalatasaray”a qol vurdu
![](https://turaninsesi.az/wp-content/uploads/2025/02/resize-6-32.jpeg)
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” Türkiyə Kubokunun matçında “Qalatasaray”ı qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, oyunun 12-ci dəqiqəsində “Boluspor” hesabı açıb. Vüsal İsgəndərli fərqlənib.
Buna baxmayaraq, C qrupunun II turunun qarşılaşması qonaların qələbəsi ilə yekunlaşıb – 4:1.
“Sarı-qırmızılar”ın heyətində Alvaro Morata (21), Eyüp Aydın (44), Yusuf Demir (72) və Ahmed Kutucu (75) fərqlənib.