Azərbaycan Premyer Liqasında bu gün daha 2 oyun keçiriləcək

0

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək.

Turanın səsi ” in məlumatına görə, günün ilk matçında lider 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” 16 xalla 7-ci pillədə gedən “Şamaxı”nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 72 dəfə üz-üzə gəlib. Bunların 35-i Ağdam təmsilçisinin, 13-ü isə bölgə klubunun xeyrinə başa çatıb. 24 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var – 103:43.

“Qarabağ” 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur. Son üç qarşılaşmada böyükhesablı nəticə qeydə alınıb.

Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Bu görüşü autsayderlərin dueli kimi də qiymətləndirmək olar. Hazırda Gəncə təmsilçisi 13 xalla 9-cu, Bakı klubu isə 10 xalla sonuncudur.

İki kollektiv bunadək Premyer Liqada 6 dəfə qarşılaşıb. 3 oyunda “dənizçilər”, 2 matçda “sarı-göylər” qələbə qazanıb. Bir qarşılaşma heç-heçə ilə yekunlaşıb. “Səbail”in 10 qoluna “Kəpəz” 9 topla cavab verib.

Son iki oyunda böyük hesab qeydə alınıb. “Kəpəz” son 5 matçda, “Səbail” isə bütün ev görüşlərində qol vurub.

Azərbaycan Premyer Liqası

XX tur

31 yanvar (çərşənbə axşamı)

16:00. “Qarabağ” – “Şamaxı”
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.

18:30. “Səbail” – “Kəpəz”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

Qeyd edək ki, açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir