Azərbaycan Premyer Liqası: Tura “Neftçi”nin oyunu ilə yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
“Turanın səsi ” in məlumatına görə, turun son oyununda “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.
Hazırda “ağ-qaralar” 32 xalla 3-cü, bölgə klubu isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında cəmi 1 dəfə qarşılaşıblar. Cari mövsümün I dövrəsinə təsadüf edən qarşılaşmada hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15 dekabr (cümə axşamı)
14:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” Şamaxıda eyniadlı komanda ilə qolsuz heç-heçə edib, “Qarabağ” “Qəbələ”yə 1:0, “Sumqayıt” “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib, “Sabah” isə Gəncədə “Kəpəz”lə məhsuldar sülhə razılaşıb – 2:2.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09