Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.
“Turanın səsi” in məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.
Turun açılış matçında autsayderlər – “Şamaxı” və “Sumqayıt” üz-üzə gələcək. Hazırda 7 xala malik bölgə klubu 9-cu, 5 xalı olan “gənclik şəhəri” təmsilçisi isə sonuncu pillədə qərarlaşıb.
İki komanda indiyədək ölkə çempionatında 40 dəfə üz-üzə gəlib. Bunların 17-də “Şamaxı”, 11-də “Sumqayıt” qələbə qazanıb. 12 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də “şirlər”in xeyrinədir – 56:42.
“Sumqayıt” son 8 oyunda meydanı qolsuz tərk etməyib. Son 5 matçda ən azı 2 qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası
XIV tur
11 noyabr (cümə axşamı)
14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı şəhər stadionu.
Qeyd edək ki, turun “Zirə” – “Səbail” və “Neftçi” – “Qəbələ” oyunları noyabrın 12-də, “Kəpəz” – “Turan Tovuz” və “Sabah” – “Qarabağ” matçları isə noyabrın 13-də keçiriləcək.