Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.

Turanın səsi ” xəbər verir ki, ilk matçda “Qəbələ” “Səbail”i qəbul edəcək.

İndiyədək bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində qələbə qazanan əyalət təmsilçisi mərhələ adlayıb – 1:0 və 4:2.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
18 aprel

18:00. “Qəbələ” – “Səbail”
Qəbələ şəhər stadionu

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir